10 sentyabr 2024 at 15:30
Jurnalist kodu: 5561
Xəbər kodu: 85592730
T T
0 Persons

İranlı həkimlərin yeni üsulla ürək damarlarını açmaq uğuru

10 sentyabr 2024 at 15:30
Xəbər kodu: 85592730
İranlı həkimlərin yeni üsulla ürək damarlarını açmaq uğuru

Tehran - İRNA - 24-cü Kardiologiya və Damar İnnovasiyaları Konqresinin sədri ölkə tibbinin əməliyyata ehtiyac olmadan kalsium çöküntüləri ilə tıxanmış ürək damarlarının açılmasının yeni üsulundakı uğurunu xəbər verib.

İRNA-nın İran Ateroskleroz Assosiasiyasına istinadən verdiyi məlumata görə, Məsud Qasimi əlavə edib: “Bu yeni texnologiya açıq ürək əməliyyatı riski olan, digər tərəfdən də, damarları açılmasa, ürək və beyin hücumlarına məruz qalan xəstələrə böyük kömək edir.” 

Qasimi deyib: “Yeni fırlanan almaz üsulu damarlardakı kalsium çöküntülərini əməliyyata ehtiyac olmadan aradan qaldırır. Yeni metodun nəticəsi köhnə üsullardan qat-qat yaxşıdır. Bu, yay əməliyyatının daha müvəffəqiyyətlə aparılmasına və bəzi xəstələrin açıq əməliyyatdan qaçmasına səbəb olur.” 

Onun sözlərinə görə, yeni ortaya çıxan cihazların köməyi ilə işləyən bu üsul dünyanın qabaqcıl ölkələrində meydana çıxandan cəmi iki-üç ay sonra İrana daxil olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .